Xaricdə təhsil alan tələbələr Azərbaycanda qanunsuzluqla üzləşir - ARAŞDIRMA (VİDEO)
Bu gün, 10:14
Xaricdə təhsil alan və Azərbaycanda universitetlərə köçürülmək üçün müraciət edən tələbələrin problemləri həll edilmir.
Sitat.info xəbər verir ki, aylardır davam edən problemin həlli istiqamətində heç bir addım atılmır. Son günlər qeyd edilən mövzu ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən çoxsaylı şikayətlər var. Yaranmış vəziyyətdən narazı qalan bir qrup tələbə bir araya gələrək mübarizə aparmağa davam edir.
Qanunla nəzərdə tutulmuş haqlarını bərpa etməyə çalışan tələbələr bu prosesdə başlarına gələnlərlə bağlı videoçarx hazırlayıblar. Həmin videçarxda tələbələrin şikayəti ilə yanaşı rəsmi qurumların, ekspertlərin də fikirləri yer alır.