İşıqlı şəhərin qaranlıqlarında və ya Sinənizdə “Dolce Cabbana” yazısını silin

14-11-2016, 09:27           
İşıqlı şəhərin qaranlıqlarında və ya Sinənizdə “Dolce Cabbana” yazısını silin
İşıqlı şəhərin qaranlıqlarında.
Bir necə gün öncə dünya və bizim respublikamızın insanları ürəkləri ağzından cıxacaq qədər Tramp secilidi deyə ,45-ci ldə uzaq kənddə “müharibədən gələn var” anlamı kimi sevinclə qışqırışaraq ,az qala feysdə barmaqlarından böyük hərflərlə “gözümüzü oxşadılar” .Baxmayaraq ki ,dünya anlamında internet məkanında status və şərhləri böyük hərflə yazanları ,yumşaq desək adekvat qəbul eləmirlər.Amma neynək,varını verən utanmaz deyiblər. Bəli gündəlik problemlərin,ağrılı həyatın,quldur bankların,sahibsiz ikiayaqlıların problemini zombiləşmiş sosial şəbəkələrdə və internetdə necəsə olsa yayındırmaq lazımdır. Bu dünya praktikasıdır-burada “bizimkilərin” günahı yoxdur.Amma bir şey məni yandırdı,a Trampdan yazanlar-sizi elə yanasız ki,özünü yandıran veteranların yanmağı onun yanında bayram ola. Həmən günlərdə hec kim səngərdən,əsgərdən ,döyüşcüdən hec nə yazmadı. Sanki bu ölkənin insanları bu ölkədə yox ,amerikada yaşayırmış kimi göründü.Deyirsiz siyasi aləmi təhlil edirsiz. Amma başınıza qapaz dəyən kimi”mən siyasətlə məşqul olmuram” .Amma “panikaya düşməyin,Tramp bizim adamdı” deyə bildiz. Bizim adam. Nə qədər belə bizim adam gəlib gedib? Əvvəlkilər nəsə yenə öz hərəkətləri ilə nəsə edə bilirdilərsə,bu gündə bir cildə düşən amerikalı Jirinovski bizə nə yapacaq? Təbiyəsi,cibi ilə ölcülən bu xudpəsənd gəlib bizə Qarabağmı verəcək? Uzaqbaşı bir ayı yeyən uşağa ingiliscə “molodes” deyə bilər sadəcə,o da qızı ilə mırtdaşdığı ücün. Başqa nə? Ostap Bender demişkən-yəqin bayramdı . Optimistlik idiotluq bayramı. Yaxud müharibə aparan dövlətin stolunun altından “irəli Azərbaycan əsgəri “ deyən ikiüzlü patriotciyəzlərin zingiltisi. Hansı ki ordu adı gələndə 20 il bundan əvvəl ölmüş dədəsinin qəbrini buldozerlə taptayırmışlar kimi gözləri dombalır.Mən anlaya bilmədim,bəlkə siz anlayasınız.
Vətən,torpaq Tramplıq,Putinlik,Səkislik deyil qardaşım,a mənim cəbhədən oğul gözləyən bacım. Torpaq o qədər cılızlaşıb ki,bu işıqlı şəkərin “Torpaq uğrunda ölən varsa Vətəndir” kimi şuarına bir Koroğlu metrosunda rast gələrsən. O da reklam tələbatı yaransa,lövhə dəyişəcək.Biz hələ özümüzdə təyin etməmişik ki Avropaya inteqrasiya istəyirik,yoxsa gömrük ittifaqına yamanmaq. Qalmışıq iki vuruşan sarsağın ortasında,onlar da qızışan kimi qapazlar ortada qalanın təpəsinə yağacqa. Yarımılz iqtidar.yarımız müxalifət,yarımız kommunist,yarımız masson deyib dad edirik bu hec 23 ildə əməlli kanalizasiyası olmayan şəhərdə.İndi ayılmışıq ki ,ay dad hər tərəfi işıqlı,mənəviyyatı qaranlıq olan bu şəhərdə biz böyük siyasətdən danışıb yaddan cıxarmışıq ki,bir gün su altında qala bilərik. Əmma əslində mənəviyyatda tənəzzül var. Adıcə qəddarcasına simiclik tənəzzülü və boz həyata öyrəncilik. Hec də “yuxarıların” simic və paxıl olduğunu düşünmürəm. Cünki “aşağılar” da belədir. "Balıq başdan iylənər” anlayışı da babalarımızın işqalda qalmış qəbri kimi ucuzlaşıb. İndi balıq quyruqdan iylənir. Hər kəs qazanına atdığı sümüyü qaşığında görəcəyi kimi sadədir.Hec burda xain də yoxdur. Cünki hər ikidən biri xaindir.
Cəbhə zonasında təlim başlayan kimi Tramp yaddan cıxdı. Həyətdəki palrat sərən Ümbülməni arvad da dünənin siyasətcisindən dönüb bu günün generalı oldu. Hamını göydə ucan helikopterə baxmağa cağırdı ki,”Baxun ,ərməni urda qalıb,bular burda uceniya edirlər”. Vallah qoca olmasa idi başına qapaz salıb-Ay eşşəyin qızı bu SOKAR-ın helikopteridi,dənizdəkiləri növbədən gətirir deyərdim. Amma bu şəhərin başqa Ümbülməni arvaddarına,bığlı,saqqallı,qulağı sırqalı,əli mobilli,şalvarı cırıx arvadfasonlarına ünüm.səsim catarmı? Axı mən özbək zurnası deyiləm.Təlimə sevinərək ağlamaq lazımdır,darıılaraq gülmək yox.
Nə isə. Cox cərənlədim deyəsən.
Hər halda məni aldatmaq olar. Özünüzü aldatmayın. Torpaq insanı cəkəndir. Siz torpağı cəkən olun. Özünüz olmağa calışın-cətindi,amma calışın.
Sinənizdə “Dolce Cabbana” yazısını silin,gedib 5-10 manat verib başqa yazılar alın” Salam əsgər,Salam səngər,Salam Vətən və ən yaxşısı SALAM QARABAĞIM”. Bəlkə sizə baxıb,bu işıqlı şəhərin qaranlığını işıqlandıran reklam lövhələrindən”Olveys,Discreet” ləri yığışdırıb “ Vətən ücün ölümə hazır ol” yazarlar.Bəlkə onda təlimə ,uğura və sonda sevinərək ağlaya bildiniz. Və o göz yaşları sizin ən təmiz bədən suyunuz olar o zaman.
Kobud əllərimlə sərhəd məftillərində,
Bir muğam calaram Azərbaycan deyəndə !
VƏTƏN SAĞ OLSUN !
Abuzər Əbilov.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.