“Qızlar məktəbdən qaçıb gəlirlər qəlyan çəkməyə…”
14-08-2017, 00:42
Bu ilin mayından Azərbaycanda bütün ictimai yerlərdə, o cümlədən, kafe və restoranlarda tütün məmulatlarından (siqaretdən), sulu qəlyandan və elektron siqaretlərdən istifadə qadağan olunub. Amma qanunun qəbulundan iki aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də əksər kafe və çay evlərində qəlyan ən vacib atributdur. Bakıda qəlyan salonlarının sayı az qala ərzaq mağazalarını da ötüb keçib. Əsasən binaların zirzəmilərində, yarıqaranlıq otaqlarda yerləşən qəlyan salonlarının daimi müştəriləri isə yaşı 15-18 aralığında olan yeniyetmələrdir. Qəlyan salonlarının məktəblərin, təhsil müəssisələrinin yaxınlığında yerləşməsi qəlyana maraq göstərən azyaşlılar üçün bu təhlükəli vərdişi əlçatan edir.
Onların çoxu isə daha çox lovğalanmaq, tüstülənən qəlyanla şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaq üçün belə yerlərə üz tuturlar. Ən pisi də odur ki, evdən xəlvət qəlyan çəkməyə çay evlərinə üz tutan yeniyetmələr təkcə oğlanlar deyil, onlar arasında həmyaşıdlarına qoşulub məktəbdən qaçan qızlar da var. Bunu çay evlərinin administratorları da təsdiqləyirlər.
“Şəkil çəkdirib “Facebook”a qoymaq üçün qəlyan çəkirlər”
Reportaj hazırlamaq üçün üz tutduğumuz qəlyan təklif olunan çay evlərinin əksəriyyətində qapalı yerlərdə qəlyanın qadağan olunmasından xəbərsiz idilər.
“Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən çay evinin qəlyançısı zirzəmidə yerləşən çay evinin qapalı məkan olmadığını da bizə sübut etməyə çalışdı: “Bura qapalı yer deyil ki, qəlyan çəkiləndə pəncərələri açırıq da…” – amma ətrafa boylansam da, zirzəmidə pəncərə gözə dəymirdi.
Əksər çay evləri və kafelərdə qəlyanın əsas müştəriləri azyaşlılar olsa da, rəhbərlik bunu inkar edir. Qəlyançı Tural deyir ki, çay evinə şəxsiyyət vəsiqəsini göstərmədən girmək mümkün deyil: “Düzdür gələnlərin çoxu gənclərdir, hətta azyaşlılardır. Amma biz 18 yaşdan aşağı uşaqları içəri buraxmırıq, mütləq şəxsiyyət vəsiqəsi istəyirik. Çoxu da heç qəlyanı başa düşmür, gəlir ki, qəlyanla şəkil çəkdirib “Facebook”a, “Instagram”a qoysun, lovğalansın”, – deyə qəlyançı deyir.
Qəlyançı qəlyanın zərərli olması ilə bağlı deyilənlərlə razılaşmasa da, bəzi qəlyançıların təhlükəli maddələrdən istifadə etdiklərini deyir: “Şəhərdə bəzi qəlyançılar var ki, tüstünü bol etmək üçün qəlyana qliserin geli qatırlar. Bir o qalıb ki, qəlyana benzin də qatsınlar. Bu düzgün deyil. Ümumiyyətlə, dünyanın hər yerində qəlyanı fincanda çəkirlər, bizdə badımcanda, pomidorda qəlyan düzəldirlər. Qəlyanı azyaşlılara vermək olmaz, onlara ziyandır, həddi-buluğa çatmış adama qəlyanın nə ziyanı olacaq?”, – deyə qəlyançı Tural bildirir.
“Qəlyan çəkdiyi yerdə təzyiqi düşdü, huşunu itirdi…”
Qəlyançı deyir ki, son bir neçə il ərzində qadınlar arasında qəlyana çox maraq yaranıb: “Son 3-4 ildə qadınlar arasında qəlyana həddindən çox maraq yaranıb. Xüsusən də məktəb yaşlı qızlar dərsdən qaçaraq qəlyan salonlarına gəlirlər. Bəzi salonlar azyaşlıları buraxmasa da, onlara şərait yaradan da tapılır. Bizə tələbə qızlar dəstə ilə gəlib qəlyan çəkirlər. Hətta olub ki, bir dəfə bir qız qəlyan çəkəndə huşunu itirdi. Təcili yardım çağırdıq, məlum oldu ki, qəlyandan təzyiqi düşübmüş…”
Bəzi çay evlərində isə qəlyanın yığışdırıldığını dedilər. “28 May” metro stansiyasının yaxınlığında yerləşən çay evinin administratoru Vüqar Davudov deyir ki, onlarda əvvəllər qəlyan olsa da, artıq yeni qanundan sonra ləğv olunub: “Bizdə əvvəl var idi, amma bir aydan çoxdur ki, yeni qanun çıxandan biz də yığışdırmışıq. Qəlyançını da işdən çıxarmışıq. İndi ən çox qəlyan verilən yerlər dindarların çayxanalarıdır. Onlar siqareti haram sayırlar, ona görə orada ancaq qəlyan olur. Onların əsas qazancı qəlyandandır”, – deyə həmsöhbətimiz bildirir.
Bakının çay evləri, kafe və qəlyan salonlarının sayının gün-gündən artması “Tütün məmulatlarının məhdudlaşdırılması haqqında” qanunun hələ də işləmədiyini göstərir. Çünki qanun qəbul olunsa da, qapalı məkanlardan qəlyanın yığışdılması üçün heç kim tələsmir. Bununla bağlı cəza tədbirlərini və cərimələri tətbiq edən orqanın adı da dəqiqləşməyib. Hələ ki, müvafiq icra hakimiyyəti orqanı belə hallarla mübarizə aparmalıdır. Görünür qiyməti orta hesabla 15-20 manat arasında dəyişən qəlyandan əldə olunan qazanc aidiyyatı orqanlar üçün gəncliyimizin itirdiyi sağlamlığından daha vacibdir.
Qəlyana bu qədər maraq meşşanlığın əlamətidir – sosioloq
Sosioloqlar da qəlyanın yeniyetmələr və gənclər arasında bu qədər populyarlaşmasını mənfi hal sayırlar. Sosioloq Əhməd Qəşəmoğlunun virtualaz.org-a bildirdiyinə görə, qəlyanın bu qədər yayılması cəmiyyətdə meşşanlıq həyat tərzinin yaranmasının əlamətidir: “Yaşlılardan soruşsanız görərsiniz ki, sovet dövründə belə əyləncələrin yayılmasına imkan verilmirdi. Çünki bu şeylər insanlarda ciddi həyat tərzindən kənarlaşmaq idi. Burada meşşan, yüngül həyat tərzi təbliğ olunur. Normal işi olan adam, elmlə məşğul olan tələbə və ya yaradıcılıqla məğul olan biri heç vaxt gedib qəlyan salonlarında vaxt keçirməz. Hazırda cəmiyyətimizin əsas problemi maddi dəyərlərlərin mənəvi dəyərlərin sıxışdırılmasıdır. Bu halda cəmiyyətdə gərginlik yaradır. Bu həyat tərzi də cəmiyyətdə maddiyyata meylliyini çoxaldır. Bu cəmiyyətdə kriminal, arzuolunmaz halları, zorakılığı artırır”, – deyə sosioloq bildirir.
Xatırladaq ki, tərkibi nikotinlə dolu olan qəlyan yuxarı tənəffüs, ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. İnsanlar arasında qəlyanın siqaretdən daha ziyansız olması ilə bağlı fikir dolaşsa da, əslində həkimlər mütəmadi qəlyan çəkən insanlarda xərçəng xəstəliyinin yaranmasının qaçılmaz olduğunu bildirirlər.
Qəlyan xərçəng yaradır
Mütəxəssislər bildirirlər ki, narahatedici məqam həm də 1 qəlyanın 50 siqaretə bərabər olması ilə bağlıdır. Hətta bəzi gənclər qəlyanın tərkibinə narkotik vasitələr də qatmaqla istifadə etdikləri də məlumdur. Onlar bu həvəsin təhlükəli xəstəliklərə şərait yaratdığından xəbərsizdirlər. Qəlyan çəkənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Əslində isə nikotin su ilə isladılır, sıxılır, sonra qəlyana əlavə olunur. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. İnsan orqanizmində düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman yaranan baş gicəllənməsi və ürək bulantısı da bundan irəli gəlir.
“Qəlyan çəkmək tənəffüs sisteminin zədələndiyinə görə, ağ ciyərin funksional pozğunluğuna gətirib çıxarır. Eyni zamanda nikotin və nikotinə oxşar toksiki tərkibi qan dövranına daxil olaraq qaraciyərin toksiki zədələnməsinə səbəb olur. Bu siqaretdən daha çox təhlükəlidir”
Virtualaz.org