"Artur J.Finkelstein and Associates” təşkilatı "exit-poll"un nəticəsini açıqlayıb: İlham Əliyev 85,57 faiz səs qazanıb

11-04-2018, 21:52           

ABŞ-ın "Artur J.Finkelstein and Associates” (AJF) təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə Azərbaycandakı prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticəsini açıqlayıb.



APA-nın məlumatına görə, təşkilatın rəhbəri Corc Birnbaum deyib ki, nəticələrə əsasən İlham Əliyev 85,57 faiz, Qüdrət Həsənquliyev 2.96 faiz, Zahid Oruc 2.92 faiz, Sərdar Cəlaloğlu 2.48 faiz, Hafiz Hacıyev 1.76 faiz, Araz Əlizadə 1.42 faiz, Fərəc Quliyev 1.52 faiz, Razi Nurullayev 1.37 səs qazanıb.



"Exit poll" 40 seçki dairəsində 200 seçki məntəqəsində keçirilib.



Sorğuda əvvəlcədən təlimatlandırılmış 20 supervayzer, 400 intervyuçu, 30 operator iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru