DSX “Harop” atışını ilk dəfə nümayiş etdirdi – VİDEO/FOTO

12-04-2018, 01:18           

Dövlət Sərhəd Xidməti (DSX) silahlanmasında yer alan “Harop” kamikadze pilotsuz uçuş aparatının (PUA) atışını ilk dəfə nümayiş etdirib.

“AzeriDefence”nin bildirdiyinə görə, DSX-nin çəkdiyi “Qələbənin yolları” adlı klipdə Xidmətin istifadəsinə daxil olan müxtəlif silah və texnikalarla yanaşı “Harop” da nümayiş olunub. 2016-cı ilin aprel ayında Ermənistan Ordusunun cəbhənin dərinliyindəki mövqelərinə və canlı qüvvələrinə endirilən zərbələrlə üzə çıxan “Harop”un atışları klipdə yer alıb.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında prezident İlham Əliyevin DSX Sahil Mühafizəsinə səfəri zamanı dövlət başçısına “Harop” nümayiş etdirilmiş və həmin vaxt “aprel döyüşlərinin qəhrəmanı”nın DSX-nin olduğu məlum olmuşdu.

Məlumat üçün bildirək ki, 2016-cı ilin aprel ayında DSX-nin buraxdığı “Harop” vasitəsi ilə ermənilərin Madagizdəki komanda idarəetmə məntəqəsi, habelə Ağdərəyə cəbhə xəttinə döyüşməyə gələn qüvvələri (birinci Qarabağ müharibəsində iştirak etmiş Sünik taborunun döyüşçüləri) daşıyan avtobus, Xocalı aeroportunun uçuş-enmə zolağı vurulub. Nəticədə aralarında yüksək rütbbəli zabitlər də olmaqla, çox sayda erməni hərbçisi məhv edilib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru