Gülər Əhmədovanın vəkili həbs edilmədi - DƏLƏDUZLUQ İŞİ

27-04-2018, 13:00           
Gülər Əhmədovanın vəkili həbs edilmədi - DƏLƏDUZLUQ İŞİ
Vəkillər Kollegiyasının sabiq üzvü Əfsər Talıbovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokurorun protesti araşdırılıb.
Hakimlər kollegoyasının qərarı ilə prokurorun protesti təmin edilməyib.

Əfsər Talıbov 22 min 900 manatılıq dələduzluqda təqsirləndirilib.

Məlum olub ki, Əfsər Talıbov tanışı Xəyyam Hətəmova Yeni Yasamalda inşa edilən binadakı şəxsi mənzilini satmaq istədiyini bildirib. O, Xəyyam Hətəmovdan müştəri tapmağı xahiş edib. Xəyyam Hətəmov ona Mehman Səmədovun mənzili almaq istədiyini deyib.

Kamran MTK-da hüquqi yardım göstərən Əfsər Talıbov adıçəkilən MMC-nin təsisçisi Tofiq Babayevdən guya Mehman Sadıqova olan borcunun əvəzində müvəqqəti girov qoymaq adı ilə Kamran MMC-dən mənzil alınmasına dair müqavilə tərtib olunmasını xahiş edib. Borcunu ödədikdən sonra müqaviləni geri qaytaracağını vəd edib.

Xəyyam Hətəmov Mehman Sadıqovu Əfsər ilə tanış edib. Əfsər Talıbov Mehman Sadıqovu aldadatma yolu ilə pulunu ələ keçirib.

Əfsər Talıbov Cinayət Məcəlləsinin178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (iştiraçılıq, rüşvət vermə (aktiv rüşvətxorluq) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfsər Talıbovun barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror Əfsər Talıbovun cəzasının ağırlaşdırılmasını istəyib.

Qeyd edək ki, Əfsər Talıbov son illər bir çox səs-küylü işlərdə vəkillik edib. O, sabiq deputat Gülər Əhmədovanın da vəkili olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.