Prezident “ASAN Xidmət”ə yeni sədr təyin etdi

27-04-2018, 19:53           

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni sədr təyin edilib.

“Qafqazinfo”nun xəbərinə görə, prezidentin sərəncamı ilə Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin olunub.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Ü.Mehdiyev 2009-2012-ci illərdə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində, 2012-ci ildən Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində işləyib.

O, Azərbaycan prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə “ASAN Xidmət”ə sədr müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru