Nəsiminin icra başçısı I müavini ilə şöbə müdirini işdən çıxardı

11-09-2015, 22:33           

Nəsimi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri olub.

Nəsimi RİH başçısı Asif Əsgərovun imzaladığı qərarla rayon icra hakimiyyəti başçısının birinci müavini Ağaəli Əhmədov və ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zahid Xəlilov tutduqları vəzifədən azad olunublar.

Onların yerinə təyin olunan kadrlar isə Səbayel Rayon İcra Hakimiyyətindən gətirilib. A.Əsgərovun qərarı ilə Yavər Allahverdiyev Nəsimi RİH başçısının birinci müavini, Pərvanə Kazımzadə isə icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.

Y.Allahverdiyev bundan əvvəl Səbayel RİH başçısının birinci müavini, P.Kazımzadə isə ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyiblər.

Qeyd edək ki, sentyabrın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Səbayel RİH başçısı Asif Əsgərov tutduğu vəzifədən azad edilərək Nəsimi RİH başçısı təyin edilib ("Report").












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.