ABŞ biznes liderləri Çinin XİN rəhbəri ilə görüşüb
Dünən, 15:34
Çinin Xarici İşlər naziri Van Yi Pekində ABŞ-nin yüksək səviyyəli biznes nümayəndə heyəti ilə görüş keçirib. İqtisadiyyat.az “Bloomberg”ə istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında sabit, sağlam və davamlı münasibətlərin qurulmasının vacibliyini vurğulayıb.
Rəsmi Pekinin açıqlamasına görə, Çin Vaşinqtonla fikir ayrılıqlarını düzgün idarə etmək və yanlış anlaşılmaların qarşısını almaq üçün dialoqu gücləndirməyə hazırdır.
Görüş ticarət əlaqələrinin gələcəyi və geosiyasi gərginliklərin azaldılması baxımından mühüm addım kimi qiymətləndirilib.