Canlı yayımda gərgin anlar – Mətanət “Bu şəhərdə”ni İFŞA ETDİ

Dünən, 15:26           
 Canlı yayımda gərgin anlar –
“Bu günə qədər parodiya etdiyimiz sənət adamlarından heç biri bizdən inciməyib”.

Yenicag.az xəbər verir ki, bu fikirləri əməkdar artist, “Bu şəhərdə” komandasının üzvü Coşqun Rəhimov ATV-də yayımlanan “Həmin Zaur” verilişində səsləndirib.

Canlı yayımın qonaqlarından biri olan müğənni Mətanət İsgəndərli isə aktyorun bu sözlərinə gülərək cavab verib və aktyorun yalanını ifşa edib:

“Coşqunla Rafael bir sənətçini parodiya etmişdilər, adını çəkməyəcəyəm. Həmin adam deyirdi ki, düz üç ay onların arxasınca gəzirdim, əllərindən zəncir çeynəyirdim. Deyirdi ki, onlar atlı oldu, mən qaçaq. Axırı nə oldu, onu da bilmədim”.

Verilişin digər qonağı, “Bu şəhərdə”nin digər üzvü Rafael İsgəndərov isə Mətanətin sözlərinə yumorla cavab verib:


“Bu şəhərdəydik, gəzsəydi, tapardı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru