“Zəngəzur-Tikinti” şirkətinin xüsusilə külli miqdarda vergi borcu yuaranıb.
Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 3 120 176,2 manat təşkil edir.
“Zəngəzur-Tikinti” şirkəti 2019-cu ildə qeydiyyata alınıb. Şirkət 2021-ci ilə qədər “Camaloğlu İnşaat” adı ilə fəaliyyət göstərib.
Şirkətin rəhbəri Novruzov Rəmail Adil oğludur. Ötən ay mediada yayılan məlumatlarda qeyd edilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. Nəticədə borca görə “Zəngəzur-Tikinti” şirkətinin rəhbərinə “stop” qoyulub.