"Joker"in səsi alqoritmlərə qarşı: Dublyaj ulduzları həyəcan təbili çalırlar VİDEO

Dünən, 15:08           
"Joker"in səsi alqoritmlərə qarşı: Dublyaj ulduzları həyəcan təbili çalırlar  VİDEO
ABŞ-də 2023-cü ildəki böyük tətillərdən sonra ilk dəfə kino sənayesini təhdid edən yeni ciddi təhlükə barədə xəbərdarlıq edilib - süni intellekt dünyada minlərlə peşəkar dublyaj aktyorunu işsiz qoya bilər. Problem artıq qlobal xarakter alır və bir çox ölkələrdə səsləndirmə mütəxəssislərini təhdid edir.

Oxu.Az-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, bu barədə müxtəlif animasiya qəhrəmanlarını və Ben Afflek, Xoakin Feniks kimi məşhur aktyorları fransız dilində səsləndirən Boris Relinger danışıb.

O, ruhsuz bir maşınla yarışdığını hiss etdiyini deyib.

"Bizə dəqiq qanunvericilik qaydaları lazımdır. Bu, at arabalarını əvəz edən avtomobillərin meydana gəlməsi kimidir - yol hərəkəti qaydaları tələb olunurdu. İndi biz sənayemizdə süni intellektlə bənzər vəziyyətdəyik", - deyə Relinger müsahibəsində vurğulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru