Bakalavrlara bəd xəbər - SİZİ İŞƏ GÖTÜRMƏYƏCƏKLƏR

11-09-2015, 23:20           

Azərbaycanda bir neçə ildən sonra işə yalnız magistr təhsili alan tələbələr götürüləcək. Bakalavrlar isə işə götürülməyəcklər.

teref.az AzVision.az-a istinadən məlumatına görə, bu barədə təhsil üzrə ekspert Nadir İsrafilov deyib.

Mütəxəssis bildirib ki, magistr elmi fəaliyyət olduğundan bir çox idarələr tərəfindən daha çox qəbul olunur: “Hazırda belə söhbətlər gedir. Hər şey vəziyyətə uyğun dəyişə bilər. Ola bilər ki, yaxın gələcəkdə yalnız elmi dərəcəsi olan şəxslər işlə təmin olunsun.

Yenilik kimi tətbiq etdiyimiz bir çox təcrübələr özünü doğrultmayıb. Ona görə də yenidən köhnə, uzun illər təcrübədən keçirilmiş və effekt vermiş formasına qayıtmışıq”.

Hazırda test imtahanlarının da ləğv olunacağını deyən ekpertin sözlərinə görə, hətta 11-ci sinfi bitirənlər arasında adını belə yaza bilməyən şagirdlər var.

“Sovet dönəmində yazılı və şifahi imtahan keçirilirdi. Yazılı imtahan yazı vərdişlərini, şifahi imtahan isə nitq vərdişlərini inkişaf etdirirdi. Amma test bir növ əyləncə, krasvord xarakteri daşıyır. Test yalnız məntiqi düşüncəni inkişaf etdirir. Yazı, şifahi nitq kənarda qalıb. Bir də görürsən ki, ali məktəblərin əksəriyyətində sessiyanın ortasında yazılı imtahan tətbiq edirlər. Bəziləri testdən imtin verir. Bu kimi məsələlər var. Amma qabaqcadan nə isə proqnozlaşdırmaq çətindir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.