Rusiyada kafedə partlayış olub, ölən və yaralananlar var - VİDEO

27-01-2019, 09:37           
Rusiyada kafedə partlayış olub, ölən və yaralananlar var - VİDEO
Rusiyanın Saratov vilayətinin Lısıye Qorı qəsəbəsində yerləşən "Randevu" kafesində partlayış baş verib. Nəticədə 1 nəfər ölüb, təqribən 30 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Lısıye Qorı rayon xəstəxanasının həkimi deyib.

"Bədəninin 90 faizi yanan kişi Lısıqor rayon xəstəxanasında dünyasını dəyişib. O, süni ağciyər ventilyasiysı altında idi", - deyə o bildirib.

Kafedə qaz balonu partlayıb və bu, yanğınla nəticələnib. Hadisə toy şənliyi zamanı baş verib. Xəsarət alan 30 nəfərdən 14-ü xəstəxanaya yerləşdirilib. Onlardan da biri orada keçinib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru