Ermənistanda müxalif jurnalist və siyasətçi həbsxanada öldü

27-01-2019, 09:51           
Ermənistanda müxalif jurnalist və siyasətçi həbsxanada öldü
Ermənistanda partiya sədrinin müavini həbsxanada ölüb

"Erməni qartalları: Vahid Ermənistan" Partiyasının sədr müavini Mqer Yegizaryan yanvarın 26-da Yerevanda “Nubaraşen” həbsxanasındakı kamerada ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onun səhhəti pisləşib, həkim çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbi araşdırılır.

Mqer Yegizaryan “dələduzluq” maddəsi ilə mühakimə olunub.

O həm də haynews.am saytının məsul nümayəndəsi imiş. Yegizaryan Ermənistan vətəndaşlarının, eləcə də hərbçilərin müxtəlif problemlərini həll etmək adı ilə onları aldadaraq iri məbləğdə pul alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru