Bəşşar Əsədin xanımının onkoloji əməliyyatı uğurla yekunlaşıb - FOTO

28-01-2019, 07:34           
Bəşşar Əsədin xanımının onkoloji əməliyyatı uğurla yekunlaşıb - FOTO
Suriya həkimləri ölkə prezidenti Bəşşar Əsədin xanımında aşkarlanmış xərçəng şişini müvəffəqiyyətlə aradan qaldırıblar.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikası administrasiyasının mətbuat xidməti bildirib.

Qeyd edilir ki, tibbi əməliyyat Dəməşqdə keçirilib. Həkimlər Suriya prezidentinin 43 yaşlı həyat yoldaşı Əsma Əsədin sinəsindəki xərçəng şişini uğurla əməliyyat ediblər.

"Xanım Əsma Əsəd bədxassəli şişdən müalicəni davam etdirir. Hərbi hospitalda onun sinəsində keçirilmiş əməliyyat müvəffəqiyyətlə nəticələnib", - deyə xəbərdə bildirilir.

Ötən ilin avqustunda məlum olub ki, Suriyanın liderinin xanımında ağır xəstəlik aşkar edilib. Şiş erkən mərhələdə aşkarlanıb. Oktyabrda isə Əsma Əsəd kimya terapiya müalicəsi kursundan sonra Instagramda ilk fotosunu paylaşıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru