Azərbaycan 180 ölkə arasında 60-cı yerdədir – İqtisadi Azadlıq İndeksi

28-01-2019, 07:38           
Azərbaycan 180 ölkə arasında 60-cı yerdədir – İqtisadi Azadlıq İndeksi
Azərbaycan Amerikanın tanınmış “The Heritage Foundation” analitik mərkəzinin tərtib etdiyi 2019-cu il üzrə İqtisadi Azadlıq İndeksində 7 pillə irəliləyərək mövqeyini xeyli yaxşılaşdırıb.

“AzEuroNews.com” “Trend”ə istinadən xəbər verir ki, yeni tərtib olunan indeksdə Azərbaycan 65,4 bal toplamaqla (il üzrə 1.1 bal daha yaxşı) 180 ölkə arasında 60-cı yeri tutub.

İndeksdə bildirilir ki, Azərbaycan “əmlak hüququ”, “investisiya azadlığı”, “dövlət xərcləri” , “məhkəmə sisteminin effektivliyi” və “hökumət bütövlüyü” kimi kateqoriyalar üzrə mövqelərini yaxşılaşdırıb.

Qeyd edək ki, Qazaxıstan reytinqin 59-cu pilləsində, Türkiyə 69-cu, Qırğızıstan – 79-cu, Rusiya – 98-ci, Belarus – 104-cü, Tacikistan – 122-ci, Özbəkistan – 140-cı, Ukrayna – 147-ci, Türkmənistan isə 164-cü pilləsində qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru