Dünya bu qeyd dəftərindən danışır - FOTO

29-01-2019, 10:57           
Dünya bu qeyd dəftərindən danışır - FOTO
ABŞ ötən gün Venesuelanın PDVSA neft şirkətinə sanksiya tətbiq edib.

Publika.az xəbər verir ki, sanksiya prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton tərəfindən Ağ Evdə elan olunub.

Lakin onun çıxışından çox əlində tutduğu qeyd dəftərində yazılanlar diqqət çəkib. Belə ki, dəftərdə “5 min əsgər Kolumbiyaya” sözləri yazılıb. Bu sözlər ictimaiyyətdə müzakirəyə səbəb olub.

Kolumbiyanın xarici işlər naziri Trujillo bu müzakirələrdən sonra paytaxt Boqotada kameralar qarşısına keçərək açıqlama verib. O, Boltonun əlindəki qeydin səbəbi və əhatə dairəsini bilmədiyini deyib. Nazir Kolumbiyanın ABŞ hökuməti və xalqı ilə dostluq və əməkdaşlıq münasibətlərində olduğunu, ikitərəfli və qlobal mövzularda birgə işləməyə davam edəcəklərini bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru