Bu gün saxlanılan rusiyalı senatorun atası da həbs olunub

30-01-2019, 15:41           
Bu gün saxlanılan rusiyalı senatorun atası da həbs olunub
\Qətl törətməkdə günahlandırılan rusiyalı senator Rauf Araşukovun atası Raul Araşukov da cinayət işinin istintaqı çərçivəsində Sankt-Peterburqda saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Raul Araşukov "Qazprom"un ofislərindən birində saxlanılıb.
Rauf Araşukov isə ömürlük həbs cəzası ilə üzləşə bilər. Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci bəndi belə cəzanı nəzərdə tutur.
Daha əvvəl rusiyalı senator Rauf Araşukovun bu gün Federasiya Şurasının iclas salonunda saxlanıldığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru