Ev itləri ilə bağlı ŞOK QƏRAR - QADAĞAN EDİLDİ

30-01-2019, 22:03           
Ev itləri ilə bağlı ŞOK QƏRAR - QADAĞAN EDİLDİ
İranın paytaxtı Tehranda küçələrdə it gəzdirmək qadağan edilib.

Publika.az xəbər verir ki, bu qərar Tehran Baş Prokurorluğu tərəfindən qəbul edilib.

Səbəb isə xalqı ev heyvanlarını bəsləməkdən çəkindirməkdir. Qərara görə, heyvanlar artıq avtomobillərdə də gəzdirilməyəcək.

Tehranın Baş Polis İdarəsinin rəisi Hüseyn Rəhimi prokurorluqdan icazə aldıqlarını və park, küçə kimi ictimai yerlərdə it gəzdirənləri cəzalandıracaqlarını deyib. O bildirib ki, itlər insanlarda qorxu və təşvişə səbəb olur.

Qeyd edək ki, İranda itlərin ev heyvanları kimi saxlanması 1979-cu il İslam İnqilabından sonra mübahisəli mövzu olub. Din xadimləri itlərin təmiz heyvan olmadığını və onların evlərdə saxlanılmasının qərb mədəniyyətinə xas olduğunu deyir.

İran Mədəniyyət Nazirliyi isə 2010-cu ildə mediada ev heyvanlarının reklamlarda yer almasını qadağan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru