Xocalı şəhərində hərbi əməliyyatdan sonra Rusiyanın 366-cı alayı cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılıb. Bu zaman hərbi texnikanın böyük birhissəsi – 9 tank, 4 zirehli transportyor (ZTR),70 piyada döyüş maşını (PDM) , 4 “Strela-10" raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilib və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir. Teref.az