BDU-nun tələbəsi atasının mağazasının qarşısında öldürüldü – Video
13-02-2019, 10:02
Şirvan rayonunda qətl hadisəsi törədilib.
“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.