Bakıda biznesmenin arvadını kim öldürüb? - DƏHŞƏTLİ CİNAYƏT

18-04-2019, 17:33           
Bakıda biznesmenin arvadını kim öldürüb? - DƏHŞƏTLİ CİNAYƏT
Dünən Bakı şəhərinin Xəzər rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Məlumata görə, Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evində Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuş, 1986-cı il təvəllüdlü Kütahi Məlikova naməlum şəxs və ya şəxslər tərəfindən amansızlıqla öldürüləndən sonra evdə axtarış aparılıb. Qarət məqsədi ilə evə girmiş şəxslər mənzildə pula tapa bilməsə də, xeyli qızıl oğurlayıblar.

Bildirilir ki, hadisə vaxtı ailənin 2 övladı məktəbdə olub. Xalça biznesi ilə məşğul olan ailə başçısı isə işi ilə əlaqədar evi tərk edibmiş.

İlkin araşdırmalar zamanı məlum olub ki, qarət məqsədi ilə evə daxil olan şəxs və ya şəxslər qadını bıçaqlayandan sonra onun boğazını kəsərək öldüyünə əmin olmağa çalışıblar.

Hazırda dəhşətli cinayətlə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. (Publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru