“Windows”un antivirusları çökdü

25-04-2019, 08:02           
“Windows”un antivirusları çökdü
“Windows”un bütün aktual versiyalarında (7, 8.1, Server 2008 R2, Server 2012, Server 2012 R2 və 10) antivirusların işi dayanıb.

Teleqraf.com xəbər verir ki, bu haqda “Microsoft”un dəstək xidmətindən məlumat verilib.

Antivirusların işi təhlükəsizlik paketinin çıxarılmasından sonra dayanıb. “Microsoft” korporasiyası antivirusları söndürməyi və ya silməyi, bundan sonra isə təhlükəsizlik rejimini aktivləşdirməyi tövsiyə edir. Bəzi hallarda kompüterlər yenidən işə düşməyib.

Antivirus istehsalçıları, həmçinin istifadəçilərə öz tövsiyələrini verir və problemin yaranma səbəblərini müəyyənləşdirirlər. Çox güman ki, “Microsoft” bu problemi həll etmək üçün daha bir təhlükəsizlik paketi çıxaracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru