Alçanın kiloqramı 100 dollara satılır - İranda 25-04-2019, 11:49 İranın paytaxtı Tehranın şimalında 1 kq alça 4 milyon riala (təxminən 95,2 dollar) satılır.Trend-in məlumatına görə, bunu Tehran Meyvə və Göyərti Satıcıları Birliyinin sədri Əsədulla Kargər deyib.Ə.Kargərin sözlərinə görə, hazırda alça üçün qiymət 2-4 milyon rial (təxminən 47,6-95,2 dollar) təklif olunur.Birlik sədri əlavə edib ki, bu qiymət əsla məntiqəuyğun deyil. Facebook-da paylaş