Düşmən Ağdamda uşaqları HƏDƏFƏ ALDI: - 13 yaşlı qız... - FOTO

25-04-2019, 12:06           
Düşmən Ağdamda uşaqları HƏDƏFƏ ALDI: - 13 yaşlı qız... - FOTO
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən pozaraq cəbhə bölgəsində yaşayan dinc əhalini atəşə tutub.
Dünən saat 17:30 radələrində Ağdam rayonunun Çıraqlı kəndinin azyaşlı sakinləri düşmənin hədəfinə tuş gəliblər. Atəşə məruz qalanlar uşaqlardan birinin səhhəti pisləşib.
Ordu.az-ın verdiyi məlumata görə, 13 yaşlı Məmmədova V. Yasin qızının valideynləri Ağdam rayon təcili tibbi yardım stansiyasına müraciət edib. Kəndə gələn həkim briqadası uşağa ilkin tibbi yardım göstərərək, onu xəstəxanaya aparıblar.
Xəstəxanada tam müayinə edilən azyaşlı daha sonra evə buraxılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Qeyd edə ki, Ağdamın Çıraqlı kəndin mütəmadi olaraq düşmənin atəşinə məruz qalır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru