Ermənilər Bakıya gəlməyəcək

22-04-2015, 13:11           
Ermənilər Bakıya gəlməyəcək
"Boks üzrə Rusiya millisinin iki erməni əsilli idmançısı Bakı 2015 Avropa Oyunlarında iştirak etməyəcək".

ANS-in məlumatına görə, bu barədə Rusiya Boks Federasiyasının prezidenti Yevgeni Sudakov deyib.

O bildirib ki, əsas hədəf 2016-cı ildəki Olimpiadalara vəsiqə qazanmaqdır: "Avropa Oyunlarında çıxış edəcək komandanın tərkibi haqqında qərar WSB liqasında yarışların tamamlanmasından sonra veriləcək. Bu barədə yekun sözü Rusiyanın Boks Federasiyasının icraiyyə komitəsi deyəcək".

Federasiya prezidenti qeyd edib ki, APB və WSB liqalarında iştirak etmiş boksçuların hamısı Avropa Oyunlarda çıxış edə bilməz: "David Ayrapetyan və Mişa Aloyan oyunlarda iştirak etməyəcək. Çünki onlara yeni olimpiya mövsümündən əvvəl bərpa olmaq lazımdır. Düşünürəm ki, Bakıda bizim ehtiyat komandamız çıxış edəcək. Biz Bakıda qalib gəlməyi hədəfləyirik".

Qeyd edək ki, erməni əsilli boksçular David Ayrapetyan və Mişa Aloyan Rusiya yığmasının üzvləridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.