Yaponiyada 1,7 min nəfər tayfuna görə hava limanında gecələyib

16-08-2019, 07:46           
Yaponiyada 1,7 min nəfər tayfuna görə hava limanında gecələyib
Yaponiyada azı 1,7 min nəfər "Krosa" tayfununa görə hava reyslərinin ləğv edilməsi səbəbindən gecəni Osaka şəhərinin hava limanında keçirib.

"Report"un məlumatına görə, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hava limanının administrativ rəhbərliyi sərnişinlərə pulsuz su və yataq kisələri paylayıb. Sərnişinlər hava limanının döşəməsində yatmağa məcbur olublar.

Məlumata görə, cümə axşamı 250-ə yaxın reys təxirə salınıb. Yaponiyada tayfun nəticəsində 1 nəfər həlak olub, daha 49 nəfər xəsarət alıb.

Hazırda tayfun Hokkaydo adası istiqamətində irəliləyir. Küləyin gücü saniyədə 25 metrə çatır.

Daha əvvəl bildirilib ki, Yaponiyanın qərb bölgələrində “Krosa” tayfununa görə 580 minədək sakinin təxliyyəsinə hazırlıq görülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru