Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma

17-08-2019, 00:46           
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma
Peterburqda “Salova 52″ bazarının bazasında silahlı qarşıdurma baş verib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qarşıdurma zamanı 3 nəfər xəsarət alıb.

İlkin məlumata görə, dava Azərbaycan və Özbəkistan vətəndaşları arasında başlayıb. Davanın əsas səbəbi pul məsələsi olub. Deyilənlərə görə, Özbəkistandan gələn kişi külli miqdarda pul borc alıb, amma qaytarmağa tələsməyib. Nəticədə söz mübahisəsi silahlı münaqişəyə keçib.

Qarşıdurmanın nəticəsi olaraq, 3 nəfər xəstəxanaya yerləşdirilib. Digər şəxslər isə hadisə yerindən qaçıblar.

Zərərçəkmişlər polisə ərizə yazmaqdan imtina ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru