Azərbaycan Rusiyadan ən çox avtomobil idxal edən - 4 ÖLKƏDƏN BİRİDİR

21-08-2019, 18:28           
Azərbaycan Rusiyadan ən çox avtomobil idxal edən - 4 ÖLKƏDƏN BİRİDİR
Azərbaycan 2019-cu ilin I yarısında Rusiya istehsalı olan 2100 ədəd minik avtomobili idxal edib.

FED.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, Rusiya istehsalı olan avtomobillərin idxal həcminə görə TOP-10-luğa daxil olan Azərbaycan 4-cü yeri tutur.

1-ci yerdə Özbəkistan (4300 ədəd), 2-ci yerdə Çexiya (4000 ədəd), 3-cü yerdə isə Latviya (3000 ədəd) qərarlaşıb.

TOP-10-luğa Slovakiya (851 ədəd), Ukrayna (787 ədəd), Serbiya (688 ədəd), Macarıstan (626 ədəd), Bolqarıstan (355 ədəd) və Monqolustan (302 ədəd) da daxildir.

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan 16 min 965 min ədəd minik maşını idxal edib. Beləliklə, idxalda Rusiya avtomobil sənayesinin payı cəmi 12,4% təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru