Maşın postda DYP əməkdaşını vurdu: inspektor göydə “uçdu” – ANBAAN VİDEO

1-12-2019, 21:46           
Maşın postda DYP əməkdaşını vurdu: inspektor göydə “uçdu” – ANBAAN VİDEO
Polis əməkdaşı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib
Dağıstanda avtomobil yüksək sürətlə yol polis inspektorunu vurub. Avtosfer.az xəbər verir ki, insident dekabrın 1-də Qızılyurt rayonunda baş verib. Hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda, yol polis inspektoru yüksək sürətlə hərəkət edən avtomobili saxlamaq istədiyi, ancaq sürücünün buna məhəl qoymayaraq maşını polisin üzərinə sürdüyü və onu vurduğu görülür. Zərbənin şiddətindən inspektorun havada uçaraq fırlandığı və yerə sərt şəkildə çırpıldığı da videoya düşüb.

Yerli medianın məlumatına görə, qəzadan sonra polis əməkdaşı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru