Bakıda Tibb Universitetinin tələbəsi ölümlə təhdid edildi

2-12-2019, 11:09           
Bakıda Tibb Universitetinin tələbəsi ölümlə təhdid edildi
Bakıda iranlı tələbə ölümlə təhdid edilib.
Teref.az oxu.az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Hanifehzadeh Helia Nadir qızı polisə müraciət edərək bildirib ki, onun həyatı təhlükədədir.
Noyabrın 29-da paytaxtın Səbail rayonu, A.Zeynallı küçəsi 3 saylı ünvanın qarşısında tanışı, 1978-ci il təvəllüdlü Rəhimov Ülvi Sübhan oğlu H. Hanifehzadehi ölümlə hədələyib.
Qeyd edək ki, H. Hanifehzadeh İran vətəndaşıdır.
O, Azərbaycan Tibb Universitetinin ikinci kurs tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru