Məktəbdən qızını götürməyə gedən qadın itkin düşdü – Qızıllarını da aparıb

3-12-2019, 00:00           
Məktəbdən qızını götürməyə gedən qadın itkin düşdü – Qızıllarını da aparıb
Övladını məktəbdən götürməyə gedən qadın geri qayıtmayıb.

Hadisə Qax rayonunda baş verib. Belə ki, rayonun Üzeyir Hacıbəyov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova ikinci sinifdə oxuyan övladını məktəbdən götürmək ücün evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə itkin düşən Bahar Cəmilovanın həyat yoldaşı Şəmil Cəmilov məlumat verib.

Anasının gəlmədiyini görən övladı isə məktəbdən özü evə gəlib. Bahar Cəmilova evdən çıxarkən əynində yaşıl rəngli boynu tüklü gödəkcə, ayağında isə idman ayaqqabısı olub. Şəxsiyyət vəsiqəsini evdə qoyan Bahar Cəmilova özünə məxsus qızılları da aparıb.

B.Cəmilovanın itkin düşməsi ilə bağlı Qax Rayon Polis Şöbəsinə də müraciət olunub.
azerbaycan24.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru