Tanınmış azərbaycanlı jurnalist əcnəbi xanımla evləndi

4-12-2019, 09:34           
Tanınmış azərbaycanlı jurnalist əcnəbi xanımla evləndi
Bir neçə il öncə Azərbaycandan Almaniyaya mühacirət etmiş tanınmış jurnalist Çingiz Sultanosoyun həyatında yenilik var.

Modern.az-ın məlumatına görə, azərbaycanlı jurnalsit əcnəbi xanımla evlənib.

“Bilirəm ki, gərgin siyasi hadislər, deputatların faciəsi, qanlı gözyaşı və beğafil seçki ərəfəsində yeri deyil, amma deyəcəm. Bu xanımla Almaniyada yeni həyatıma başladım. Adı Natalidir”,-deyə Ç.Sultansoy sosial şəbəkədə həyatındakı yeniliyə dair xəbəri dostları ilə bölüşüb.


Ç.Sultansoy 1952-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib.
90-cı illərin bir neçə populyar televiziya proqramının, o cümlədən «Jurnalist araşdırması», «Kontakt» kimi verilişlərin aparıcısı və müəllifi olub.

Bir neçə filmin – «Hissizliyin anatomiyası», «Utanmağın anatomiyası», «Azərbaycan. Prezident seçkiləri -2003» və digərlərinin ssenari müəllifidir.

Yazıları Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail və başqa ölkələrin mətbuat orqanlarında dərc olunub.


O, 2017-ci ildən Almaniyada yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru