Rusiyanın ən nəhəng gəmisi yanır: 6 yaralı - Video

12-12-2019, 17:10           
Rusiyanın ən nəhəng gəmisi yanır: 6 yaralı - Video
Rusiyanın “Admiral Kuznetsov” aviadaşıyıcısında yanğın baş verib.

Axar.az xəbər verir ki, Murmanskda təmir zamanı baş verən yanğın nəticəsində üç nəfər xəsarət alıb.

İlkin məlumata görə, yanğın enerji bölməsində qaynaq işləri aparılan zaman baş verib və 120 kvadrat metr sahəni əhatə edib.

***

“Admiral Kuznetsov” aviadaşıyıcısında baş vermiş yanğının əhatə dairəsi genişlənib və 600 kvadrat metrə çatıb.

Murmanskdakı gəmiqayırma mərkəzinin məlumatına görə, yanğın baş verən anda gəmidə 400 nəfər olub. İki nəfərin itkin düşdüyü bildirilir.

***

“Admiral Kuznetsov”da baş vermiş yanğın zamanı xəsarət alanların sayı 6-ya çatıb, onlardan birinin vəziyyəti ağırdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru