“iPhone” istifadəçilərinə XƏBƏRDARLIQ - Telefonunuz bloklana bilər

14-12-2019, 09:59           
“iPhone” istifadəçilərinə XƏBƏRDARLIQ - Telefonunuz bloklana bilər
“iPhone” smartfonları üçün “AirDrop” funksiyasında qurğunu uzun müddət bloklamağa imkan verən boşluq aşkarlanıb.

Teref.az “ICTnews”a istinadən xəbər verir ki, səhv kibertəhlükəsizlik ekspert Kişan Baqariyanın bloqunda təsvir edilib.

Məlumata görə, “AirDrop” vasitəsilə faylların qəbulu zamanı qurğu sahibi tərəfindən faylların qəbulunun ləğv edilməsi və ya təsdiqlənməsi məqsədilə smartfonun ekranı bağlanır. Qurbana çoxsaylı faylların göndərilməsini quraşdırmaqla kibercinayətkar smartfonu uzun müddət bloklaya bilər.

Mütəxəssis boşluq kodunu “GitHub” servisində dərc edib. K.Baqariyanın sözlərinə görə, potensial baxımdan hücumları “AirDrop”, “Bluetooth” və “Wi-Fi”ı söndürməklə aradan qaldırmaq olar. O, həmçinin “AirDrop” funksiyasını yalnız zərurət yarandıqda işə salmağı və tanış olmayan istifadəçilərdən məlumatlar qəbul etməməyi tövsiyə edib.

“iPhone” smartfonlarının istehsalı ilə məşğul olan “Apple” şirkəti ekspert tərəfindən aşkarlanan problem barədə məlumatlandırıldıqdan sonra boşluq aradan qaldırılıb. Buna faylların göndərilməsi üçün sorğuların sayını məhdudlaşdırmaqla nail olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru