Əsəd qüvvələri İdlibi nəzarətə götürür - 5 kənd azad edildi...

20-12-2019, 18:41           
Əsəd qüvvələri İdlibi nəzarətə götürür - 5 kənd azad edildi...
Suriya Ordusu 3 ay fasilədən sonra İdlibdə yenidən irimiqyaslı hücuma başlayıb.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, Suriya Ordusu ötən gecədən başlatdığı hücum nəticəsində İdlib əyaləti ərazisində 5 kəndi azad edib.

Məlumata görə “ən-Nusra Cəbhəsi” terror təşkilatı və onun tabeçiliyində olan və üzvlərinin çoxunu qafqazlılar təşkil edən “İmarət əl-Quqaz”a ağır zərbələr endirib.

Hücumun davam etdiyi bildirilir.

Qeyd edək ki, Türkiyə və Rusiyanın vasitəçiliyi ilə 3 ay öncə bölgədə atəşkəs elan edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru