Ölkədəki bütün qumarxanalar bağlandı

20-12-2019, 19:25           
Ölkədəki bütün qumarxanalar bağlandı
Ukrayna Daxili İşlər Nazirliyi ölkədəki bütün qumarxanaların bağlandığını elan edib.

KONKRET.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov hökumətin müvafiq qərarına əsasən məlumat verib.

Onun sözlərinə görə, bu sənəd artıq yayımlanıb və qüvvəyə minib.

“Nazirlər Kabinetinin qərarı bütün oyun klublarının, lotereyaların və qumarxanaların bağlanmasını diqtə edir. Milli Polisdən hökumətin qərarına uyğun olaraq dekabrın 20-si saat 16:00-a (Bakı vaxtı ilə 18:00) qədər bütün növ qumarxanaların fəaliyyətini dayandırmasını tələb edirəm”, – deyə A.Avakov söyləyib.

Nazir qeyd edib ki, gələcəkdə bu məsələ hazırda nəzərdən keçirilməkdə olan və Ali Rada tərəfindən qəbul ediləcək xüsusi qanunla tənzimlənəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru