SON DƏQİQƏ: Yeni il şənliyində DƏHŞƏT - Onlarla insan öldü, 300 yaralı var (FOTOLAR)

25-12-2019, 08:36           
SON DƏQİQƏ: Yeni il şənliyində DƏHŞƏT - Onlarla insan öldü, 300 yaralı var (FOTOLAR)
Filippində son bir neçə saat ərzində şərabdan zəhərlənən onlarla insan həyatını itirib. Xəstəxanalara yerləşdirilənlərin sayı isə 300-ə çatıb.

Publika.az İxlas xəbər agentliyinə istinadən məlumat verir ki, kütləvi zəhərlənmə Yeni il bayramı münasibətilə təşkil edilən şənliklər zamanı baş verib. Yüzlərlə insan “lambanog” adlı şərabdan qəbul edib. Bir neçə dəqiqə sonra spirtli içki qəbul edən insanların halı pisləşib. Səhiyyə Nazirliyinin məlumatına görə, zəhərlənmə halları daha çox Laquna və Keson vilayətlərində qeydə alınıb. Zəhərlənməyə səbəb olan şərabın tərkibi araşdırılır.

Qeyd edək ki, “lambanog” şərabı qanunsuz yollarla hazırlanır və tərkibinə zərərli maddələr qatılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru