Məşhurların villaları külə döndü - Çox sayda ölü var (VİDEO)

26-12-2019, 00:00           
Məşhurların villaları külə döndü - Çox sayda ölü var (VİDEO)
Çilinin Valparaiso şəhərində baş verən yanğınlar nəticəsində aralarında bahalı mülklər də olmaqla yüzlərlə ev kül olub.

Yanğın meşəlik ərazidə başlayıb və qısa müddət ərzində yaşayış məntəqəsinə yayılıb. Yanğınsöndürənlərin səyinə baxmayaraq, alovun yayılmasının qarşısını almaq hələlik mümkün olmayıb. Azı 120 hektar ərazi kül olub. Evləri yanan sakinlər arasında yerli tanınmış simalar da var. Xilasedicilər yüzlərlə sakini təxliyə edib. Bəzi mənbələr tələfatın olduğunu irəli sürsə də, rəsmi dairələr hələlik məlumatı təsdiq etməyib.

Polisin ehtimalına görə, yanğın qəsdən törədilib. \\Publika.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru