İspaniyalı bankir Pikassonun rəsmini ölkədən çıxararkən tutuldu

17-01-2020, 07:28           
İspaniyalı bankir Pikassonun rəsmini ölkədən çıxararkən tutuldu
Madrid məhkəməsi 83 yaşlı bankir Xayme Botini, Pablo Pikassonun “Gənc qadının başını” rəsm əsərini İspaniyadan çıxarmaq istədiyi üçün 52.4 milyon avro cərimə və 18 ay həbs cəzasına məhkum etdi.

Trend-in məlumatına görə, iki ilə qədər həbs cəzası İspaniyada qayda olaraq şərti kəsilir. Qərarda deyilir ki, bankir cərimə ödəməsə, iki ay həbs cəzası alacaq. Rəsm dövlət mülkiyyəti kimi tanınıb. Vəkillər qərardan şikayət etmək niyyətindədirlər.

Prokurorluq Botinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini və 100 milyon avro cərimə ödəməsini tələb edirdi.

Rəsm əsəri Botinin şəxsi mülkü olsada, İspaniyanın milli tarixi irsi siyahısına daxil edilib və dəyəri 26,2 milyon avrodur. Botin onu hərracda satmaq niyyətində idi. Ancaq "Christie's House" (Hərrac evi), İspaniya Mədəniyyət Nazirliyindən satışa icazə verən sənədləri istəyib. Mədəniyyət Nazirliyi icazə verməkdən imtina edib və rəsmin ölkə xaricinə ixraca müvəqqəti qadağa tətbiq edib. Buna baxmayaraq, Botin əsəri şəxsi yaxtasında Fransız Korsikasına gətirib və fransız gömrükçüləri tərəfindən saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru