Bankların dollara tələbi aşağı düşdü - SON RƏQƏMLƏR
17-03-2020, 15:02
3 günlük fasilədən sonar, bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda valyutaya tələb 250,3 milyon dollar təşkil edib və tam təmin edililib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Yeniavaz.com xəbər verir ki, bu gün hərracda satılan valyuta əvvəlki - 13 mart 2020-ci il tarixində keçirilən hərracda satılan valyutadan 14,9 milyon dollar və ya 5,6% az olub. Onu da bildirək ki, Mərkəzi Bank Dövlət Neft Fondu ilə birgə son 5 hərracda 1 milyard 214,5 milyon dollar valyuta satılıb. 10 mart – 323,2 milyon dollar 11 mart – 155 milyon dollar 12 mart – 220,8 milyon dollar 13 mart – 265,2 milyon dollar 17 mart – 250,3 milyon dollar