Səudiyyə Ərəbistanında bir sutkada koronavirusa 67 yoluxma faktı qeydə alınıb

19-03-2020, 09:50           
Səudiyyə Ərəbistanında bir sutkada koronavirusa 67 yoluxma faktı qeydə alınıb
Səudiyyə Ərəbistanında bir sutkada koronavirusa (COVID-19) 67 yoluxma faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Beləliklə, Krallıqda koronavirusa yoluxanların sayı 238 nəfərə çatıb.

Nazirliyin məlumatında qeyd olunub ki, COVID-19 virusuna yeni yoluxanların 45 nəfəri son iki gündə Krallığa Böyük Britaniya, Türkiyə, İspaniya, İsveçrə, Fransa, İndoneziya və İraqdan gələn insanlardır. Onların hamısı karantin altına alınıb.

Koronavirusa yeni yoluxma hallarının 19-u paytaxt Ər-Riyadda, 23-ü ölkənin şərq əyalətlərində, 13-ü Ciddədə, 11-i Məkkədə və cəmi biri Əsirdə aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru