Neftin qiyməti qalxır...

20-03-2020, 11:52           
Neftin qiyməti qalxır...
Cümə günü səhər neftin qiyməti 6-7%-ə qədər bahalaşıb, "Brent" markalı neftin bir barelinin qiyməti 30 ABŞ dollarını keçib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Belə ki, "Brent" markalı Şimal dəniz neft qatışığının may fyuçerslərinin qiyməti 6,01% artaraq bir barel üçün 30,17 ABŞ dollarına çatıb. WTI markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 7,02% artaraq 27,72 ABŞ dolları təşkil edib.

Neft bazarında artım ardıcıl olaraq iki gündür davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru