Rəhimov özü düzəltdiyi aparatı klinikaya verdi - Koronaya görə

25-03-2020, 17:11           
Rəhimov özü düzəltdiyi aparatı klinikaya verdi - Koronaya görə
Azərbaycan Tibb Univeristetinin professoru koronavirusla mübarizəyə dəstək üçün ağciyərin süni ventilyasiya aparatını ixtisaslaşmış xəstəxanaya verib.

Bu barədə Axar.az-a ATU-dan məlumat verilib. Bildirilib ki, universitetin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov koronavirus pandemiyasına qarşı mübarizə kampaniyası çərçivəsində təşəbbüslə çıxış edib. 40 ildən artıqdır peşəkar fəaliyyətlə məşğul olan doktor Ç.Rəhimov bir il öncə yaratdığı "EcoDent" klinikasında olan süni ventilyasiya aparatını koronavirusa yoluxan xəstələrin müalicəsində istifadə olunması üçün ixtisaslaşmış xəstəxanalara təqdim edib.

Professor Ç.Rəhimov bildirib ki, böyük xəstə axını olduğu təqdirdə ağciyərin süni ventilyasiyası aparatlarının çatışmazlığı ilə üzləşə bilərik. Buna görə də tam işlək vəziyyətdə olan süni ventilyasiya aparatını, bu işə cəlb olunmuş təşkilatların göstərişinə əsasən, lazımi xəstəxanaya təqdim edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.