Britaniyada ən gənc koronavirus xəstəsi öldü

26-03-2020, 01:17           
Britaniyada ən gənc koronavirus xəstəsi öldü
Böyük Britaniyada 21 yaşlı qız koronavirusdan ölüb.

“Report” “Sky News”a istinadən xəbər verir ki, dünyasını dəyişən şəxs Xloya Middltondur.

Məlumata görə, daha öncə onun səhhətində hər hansı problem aşkarlanmayıb.

Beləliklə, X.Middlton əvvəllər səhhətində problemi olmayan, lakin koronavirusun qurbanı olan ən gənc insan sayılır.

“Bunu adi virus sananlara səslənirəm, bir daha düşünün. Öz təcrübəmə əsaslanaraq deyim ki, bu virus mənim 21 yaşlı qızımın həyatına son qoyub”, - mərhumun anası “Facebook”dakı səhifəsində yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru