Rusiya qəzaya uğrayan təyyarənin axtarışlarını dayandırdı
30-03-2020, 03:16
Rusiya ordusu Qara dənizdə qəzaya uğrayan “Su-27” təyyarəsinin axtarışlarını dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Axtarış işləri əlverişsiz hava şəraiti ilə əlaqədar dayandırılıb. Qeyd edək ki, 5 gün əvvəl baş verən qəza zamanı təyyarənin pilotu itkin düşüb.