Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istədi - VİDEO

30-03-2020, 20:18           
Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istədi - VİDEO
Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istəyərkən kameralara düşüb.
Pravda.az-ın xəbərinə görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi 4-cü Dağlıq küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən Esmira Məmmədovaya məxsus mağazadan oğurluğa cəhd olub. Oğurluq etmək istəyən şəxs əvvəlcə mağazanın içərisinə fənərlə baxış keçirib. Daha sonra o mağazanın qapısını kustar üsulla hazırladığı xüsusi açarla açmaq istəyib. Satıcının içəridə yatdığını görən şəxs dərhal hadisə yerindən qaçıb. Bütün bunlar mağazanın təhlükəsizlik kameralarına düşüb. Görüntülərə baxarkən məlum olub ki, kişi cinsindən olan həmin şəxs qadın geyimində olub. Onun əlində də qadın çantası olub. Hadisə barədə polisə məlumat verilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru