Moskvada daha 4 nəfər koronavirusdan dünyasını dəyişib

31-03-2020, 01:00           
Moskvada daha 4 nəfər koronavirusdan dünyasını dəyişib
“Moskvada xroniki xəstəlikləri olan və koronavirusa yoluxduqları təsdiqlənmiş daha 4 nəfər ölüb”.

Bu barədə Koronavirusla əlaqədar vəziyyətin monitorinqi və izlənməsi üzrə Əməliyyat Qərargahının rəsmi teleqram kanalında bildirilib.

“Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus testlərinin cavabı müsbət olan 4 xəstə ölüb. 76-86 yaş aralığında olan xəstələrdə xroniki, xüsusilə ürək-damar xəstəliyi vardı”, - qərargahın məlumatında qeyd edilib.

Eyni zamanda vurğulanıb ki, dünyasını dəyişmiş 4 xəstədə yoluxucu xəstəliklər - xroniki pielonefrit, bronxial astma, xroniki beyin işemiyası müşahidə edilib.

Ölənlərdən ikisi şəkərli diabetdən əziyyət çəkirmiş.

Xatırladaq ki, daha əvvəl Moskvada koronavirusdan ölənlərin sayı 7 nəfər idi. //APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru