Moskvada koronavirusdan daha 74 nəfər ölüb 8-11-2020, 07:55 Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 74 nəfər ölüb.Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 74 xəstə dünyasını dəyişib".Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 7 289 nəfərə çatıb. Facebook-da paylaş